Türkiyənin yerli müdafiə sənayesi irəliləməsini Yunanıstan mediası yaxından izləyir

2024/02/turki-1708531339.jpg
Oxunub: 231     19:42     21 Fevral 2024    
Yunanıstanın "Pentapostagma" xəbər saytı Türkiyənin ikinci təyyarə gəmisinin dizaynına rəsmi olaraq başladığını açıqlayıb.

Ordu.az-ın məlumatına görə, TCG Anadolu-dan sonra dizayn edilən yeni təyyarə gəmisində istifadə olunacaq STOBAR sistemi ilə bağlı təfərrüatlar geniş şəkildə işıqlandırılıb.

STOBAR-ın "Qısa uçuş, lakin tutma ilə eniş" mənasını verdiyi izah edilib. Təyyarələr üçün qalxma rampası funksiyasını yerinə yetirəcək sistemin “havaya qalxma zamanı təyyarəni sürətləndirəcəyi” vurğulanıb.

Yunan xəbər saytı, sistemin necə işlədiyi və Türkiyənin təyyarədaşıyan gəmisi ilə inteqrasiyanın qazancları da izah edilib.

İkinci yerli təyyarə gəmisinin Bayraktar TB3 və Kızılelma kimi Türkiyə PUA-ları ilə yanaşı, hələ açıqlanmayan fərqli təyyarə tipləri tərəfindən də istifadə oluna biləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN bu gün ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yunanıstan  


Bizi "telegram"da izləyin