Hakan Fidan G20 Xarici İşlər Nazirləri toplantısında iştirak üçün Braziliyaya gedib

2023/11/1699000919.jpg
Oxunub: 176     18:38     21 Fevral 2024    
Türkiyə xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroya gedib.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, nazir G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Xarici işlər naziri Fidan iki gün davam edəcək görüşlər çərçivəsində həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.

Braziliyanın ev sahibliyi etdiyi toplantının bugünkü iclasında xarici işlər naziri Fidanın Ukrayna və Qəzzadakı müharibələrə dair çıxışı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   G20  


Bizi "telegram"da izləyin