Gürcüstanın 50-dən çox QHT rəhbəri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib

2024/02/fd7bc-1708522596.jpg
Oxunub: 210     17:18     21 Fevral 2024    
Gürcüstanda fəaliyyət göstərən 50-dən çox Qeyri-Hökumət Təşkilatı və 10-dan çox ölkənin ictimai-siyasi və din xadimləri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

Ordu.az xəbər verir ki, Gürcüstandakı "Azərbaycan Evi"nin təşəbbüsü ilə bu ölkənin Baş nazir, prezident, parlament, XİN rəhbəri, Ombdusmana, diplomatik korpusların rəhbərlərinə, eləcə də BMT-nin və Avropa Şurasının Tbilisi ofislərinə, UNİCEF-ə, ATƏT və digər beynəlxalq qurumlara məktub ünvanlanıb.

Gürcüstandakı "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov bildirib ki, bəyanatın əsas məqsədi 32 il öncə Ermənistan tərəfindən Xocalıda xalqımıza qarşı törədilən qətliamın soyqırımı aktı kimi qəbul edilməsidir: "Biz hər zaman bölgədə sülhün və əmin-amanlığın tərəfdarı olmuşuq. İnsanlığa qarşı törədilən qətliamların əleyhinə olaraq, eyni zamanda Ermənistana bölgədə sülhün bərqərar olması üçün çağırış edirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin