Avropa Xalq Partiyası Ursula fon der Lyayenin ikinci müddətə namizədliyini dəstəkləyib

2024/01/1706246734.jpg
Oxunub: 154     17:11     21 Fevral 2024    
Avropa İttifaqının (Aİ) ən böyük siyasi qüvvəsi olan Avropa Xalq Partiyası Ursula fon der Lyayeni 2024-2029-cu illər üçün Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın rəhbəri Manfred Veber Avropa Parlamentində keçirdiyi mətbuat konfransında bildirib.

“Avropa Xalq Partiyası Ursula fon der Lyayeni Avropa Komissiyasının növbəti sədri vəzifəsinə namizəd kimi dəstəkləyir”, - o qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda Ursula fon der Lyayen bu vəzifəyə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Xalq-Partiyası   Lyayen   Avropa-Komissiyası  


Bizi "telegram"da izləyin