Aİ missiyasının rəhbəri: "Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşı əməkdaşımız olmayıb"

2024/02/65d5e-1708519577.jpg
Oxunub: 276     16:32     21 Fevral 2024    
Azərbaycan hərbçiləri tərəfindən Ermənistanla sərhəddə saxlanılan Çexiya vətəndaşı Aİ-nin Ermənistandakı missiyasının əməkdaşı deyil.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter “Armenia Today”in sualına cavabında deyib.

Xatırladaq ki, fevralın 5-də Ermənistandan Azərbaycan ərazisinə keçməyə çalışan Çexiya vətəndaşı hərbçilərimiz tərəfindən saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çexiya    


Bizi "telegram"da izləyin