Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın zamanda görüşəcəklər

2024/02/1c435-1708177921.jpg
Oxunub: 256     16:15     21 Fevral 2024    
Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın zamanda görüşəcəklər.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Xatırladaq ki, rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi almasını təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin