Türkiyə HHQ-nin nümayəndə heyəti İspaniyaya səfər edib

2024/02/42714-1708503552.jpg
Oxunub: 229     16:29     21 Fevral 2024    
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya generalı Ziya Camal Kadıoğlu və onu müşayiət edən nümayəndə heyəti İspaniya Hava və Kosmos Qüvvələrinin komandanı general Xavyer Salto Martinez-Avialın rəsmi qonağı kimi İspaniyaya gedib.

Ordu.az xəbər verir ki, bu çərçivədə Madrid Səfirliyi, İspaniya Hava və Kosmos Qüvvələrinin Baş Qərargahı, “Indra” şirkəti, Mərkəzi Komandanlıq və Nəzarət Qrupu Komandanlığı, JFAC və 12-ci Donanma ziyarət edilib.

General Kadıoğlu İspaniya HHQ-yə məxsus EF-18A “Hornet” döyüş təyyarəsini də yaxından incələyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   İspaniya  


Bizi "telegram"da izləyin