Erməni analitik: “Ruslar da deyəcəklər ki, Zəngəzur məsələsində Ermənistanın müttəfiqi deyilik”

2024/02/1708501837.jpg
Oxunub: 347     17:16     21 Fevral 2024    
“Siz öz müttəfiqinizə sabah elan etmək hüququ verirsiniz ki, Tavus və ya Zəngəzur məsələsi istisna olmaqla, Ermənistan sizin müttəfiqinizdir”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik Arman Abovyan deyib.

“İnanmıram ki, nə dediklərini anlamasınlar. Bu, qəsdən edilir ki, sabah rusların müttəfiqlik öhdəliklərini pozduqlarını desinlər. Ruslar da deyəcəklər ki, Zəngəzur məsələsində Ermənistanın müttəfiqi deyilik”, - deyə o qeyd edib.

Abovyan vurğulayıb ki, bunu deməkdənsə, oxşar tarixi olan mərkəzlərlə yaxşı münasibət qurmaq və çətin vəziyyətdən çıxmaq lazımdır.

“Rusiya İran-Ermənistan qaz kəmərinin tikintisinə qarşı idi, çünki bu onun qazına alternativ idi. ABŞ buna qarşı idi, çünki İran ABŞ sanksiyaları altında idi, İran isə zəif idi və diktə edən rolunda deyildi. İran-Ermənistan qaz kəmərini çəkmək alındı? Buna görə də indi onlarda nəinki alınmır, ümumiyyətdə istək də yoxdur”, - deyə Abovyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Ermənistan  


Bizi "telegram"da izləyin