Erməni ekspert: “2023-cü il iqtisadi aktivliyin yüksək tempi ilə başa çatdı, lakin iqtisadiyyatın strukturu pisləşdi”

2024/02/1708501341.jpg
Oxunub: 261     16:41     21 Fevral 2024    
“2023-cü ildə Ermənistanda iqtisadi fəallığın artmasına aşağıdakı amillər və tendensiyalar əhəmiyyətli dərəcədə təsir edib”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisad elmləri doktoru, professor, “Alternativ” tədqiqat mərkəzinin rəhbəri, Avrasiya ekspert klubunun üzvü Tatul Manaseryan “Ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması kontekstində 2023-cü il Ermənistan iqtisadiyyatı” adlı mətbuat konfransında deyib.

“Həmin amillər və tendensiyalar bunlardır: regionda mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyət və Azərbaycanla gərgin münasibətlər, Ukrayna böhranının dolayı təsiri, eləcə də Qərb-Rusiya qarşıdurması. Ermənistan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda vençur sərmayələri üzrə mütləq liderə çevrilib. “Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla “B+”dan “BB−”-yə yüksəldib”, - deyə o bildirib.

Manaseryan qeyd edib ki, Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Ermənistanın iqtisadi aktivlik indeksi 2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 9,4% artıb.

“2023-cü il iqtisadi aktivliyin yüksək tempi ilə başa çatdı, lakin iqtisadiyyatın strukturu pisləşdi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin