“Lockheed” tələblərə görə HIMARS istehsalını 60 faizdən çox artıracaq

2024/02/2024--1708498439.jpg
Oxunub: 213     16:20     21 Fevral 2024    
Müdafiə sənayesi istehsalçısı “Lockheed Martin” HIMARS raket buraxılış sisteminin illik istehsalını ilin sonuna qədər 60 faizdən çox artıracağını açıqlayıb.

Ordu.az xəbər verir ki, müdafiə sənayesi istehsalçısı “Lockheed Martin” Çinin Tayvana müdaxilə etmə ehtimalı da daxil olmaqla, dünyada çoxsaylı münaqişələrin platformaya tələbi artırdığını və buna görə də ilin sonuna qədər sistem istehsalını 60 faiz artıracağını bildirib.

“Lockheed Martin” 2023-cü ildə hər il orta hesabla 60 ədəd HIMARS Yaylım Atəşli Reaktiv Sistemi (YARS) istehsal edirdi ki, bu da əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir.

ABŞ 2022-ci ildən bəri Ukraynaya 39 ədəd HIMARS tədarük etdiyi halda, Estoniya, Latviya və Polşadan da sifarişlər alıb.

Bu arada ABŞ ordusu beş il ərzində 2022-ci ildə 500-ə qədər HIMARS istehsal edə biləcək potensial təchizatçılar haqqında bazar məlumatı axtarıb.

Digər tərəfdən, HIMARS YARS sisteminin sursatlarının illik istehsalının 2025-ci ildə 40 faiz artaraq, 1000-dən 1400-ə yüksələcəyi gözlənilir.

Bundan əlavə, “Lockheed Martin” 2026-cı ilin sonuna qədər mövcud 2400 “Javelin” tank əleyhinə raket kompleksindən 3960 ədəd istehsal etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   HIMARS  


Bizi "telegram"da izləyin