“Jerusalem Post”: İsrail ehtiyatlarını artırmaq üçün tarixinin ən böyük alışını edəcək

2024/02/2024--1708498185.jpg
Oxunub: 347     18:48     21 Fevral 2024    
İsrail ordusunun on minlərlə silah almağa qərar verdiyi və bunun üçün böyük tender elan edəcəyi açıqlanıb.

Ordu.az xəbər verir ki, HƏMAS-a qarşı hava əməliyyatları davam edərkən, İsrailin ordu üçün on minlərlə silah almağa qərar verdiyi və bunun üçün böyük tender elan edəcəyi bildirilib.

İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada nazirliyin on minlərlə silahın alınması üçün İsrailin Tədarük Direktoruna göstəriş verdiyi qeyd edilib.

“Jerusalem Post” tərəfindən verilən məlumata görə, İsrail Silahlı Qüvvələrinin Planlaşdırma İdarəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tenderin İsrail şirkətlərindən silah almaq üçün indiyə qədər edilən ən böyük tender olduğu vurğulanıb.

Xəbərdə tenderin İsrail ordusunun silah ehtiyatının yenilənməsi və artırılması zərurətinə uyğun olaraq elan ediləcəyi, ABŞ-dən silah alışının davam etdiriləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin