Yaponiya Müdafiə Nazirliyi: 43 trilyon yenlik müdafiə xərcləri planı yetərsizdir

2024/02/2024--1708496306.jpg
Oxunub: 237     17:17     21 Fevral 2024    
Yaponiya Müdafiə Nazirliyinin ekspertlər heyəti 2023-2027-ci maliyyə illərini əhatə edən 43 trilyon yenlik (290 milyard dollar) müdafiə xərcləri planlaşdırmasını “qeyri-adekvat” hesab edib.

Ordu.az xəbər verir ki, Çinin Hind-Sakit okean regionunda artan nüfuzu, Rusiya-Ukrayna böhranı və Şimali Koreyanın raket təhdidləri qarşısında Yaponiya hökuməti milli müdafiə xərclərinin yenilənməsini müzakirə edir.

Ekspertlər heyətinin rəhbəri Sakakibara Sadayuki öz bəyanatında müdafiə xərclərinin planlaşdırılmasına artan xərclərin və yenin xarici valyutaya nisbətdə dəyər itirməsinin mənfi təsir göstərəcəyini müdafiə edib.

2023-2027-ci illərdə 43 trilyon yenlik müdafiə xərclərini “qeyri-kafi” olaraq xarakterizə edən Sakakibara hökumətin bu limitə diqqət yetirməsinin lazım olduğunu da bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   MN  


Bizi "telegram"da izləyin