“Rheinmetall” Almaniya ordusuna qəlpəli qumbaraatan sursatları tədarük edəcək

2024/02/2024--1708496235.jpg
Oxunub: 169     16:38     21 Fevral 2024    
“Rheinmetall” təxminən 29,5 milyon avro dəyərində müqavilə ilə Almaniya ordusuna qəlpəli qumbaraatan sursatları tədarük edəcək.

Ordu.az xəbər verir ki, Almaniya Silahlı Qüvvələri (Bundesver) 40 mm-lik qumbaraatanların tədarükü üçün “Rheinmetall”dan iki yeni sifariş verib.

Bu kontekstdə Bundesver təxminən 7.18 milyon avro dəyərində müqaviləyə uyğun gələn 200.000 ədəd 40 mm x 53 Üb DM158 təlim sursatını tələb edib.

Tədarüklərin 2024-cü ilin sonuna qədər reallaşması gözlənilir.

Mətbuat açıqlamasında deyilir ki, “Rheinmetall” 40 mm-lik sistemlər üçün hərtərəfli həll təminatçısıdır və sursat, silah sistemləri və atəşə nəzarət texnologiyası üzrə dünyanın aparıcı təchizatçılarından biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   Almaniya  


Bizi "telegram"da izləyin