Cənubi Koreya döyüş təyyarələrinin F100 turbofan mühərrikləri üçün texniki xidmətlər satın alıb

2024/02/2024--1708496155.jpg
Oxunub: 226     14:32     22 Fevral 2024    
Cənubi Koreya döyüş təyyarələrinin F100 turbofan mühərrikləri üçün texniki xidmətlər satın alıb.

Ordu.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı İdarəsi (DAPA) “RTX Corporation” şirkətinin törəmə şirkəti olan “Pratt & Whitney” ilə F100 turbofan mühərrikləri üçün 355 milyon dollarlıq performansa əsaslanan logistika (PBL) müqaviləsi imzalayıb.

Bu razılaşma ilə “Pratt & Whitney” Cənubi Koreya Hərbi Hava Qüvvələrinin (ROKAF) F-15 “Eagle” və F-16 “Fighting Falcon” döyüş təyyarələri parkına texniki dəstək verəcək.

Məlumata görə, bu müqavilə “Pratt & Whitney” və DAPA arasında 2012-ci ildən bəri imzalanmış üçüncü performansa əsaslanan logistika müqaviləsidir. Təmir fəaliyyətlərinə 2023-cü ilin dekabrında başlanan müqavilənin 2027-ci ilin ikinci yarısına qədər davam etməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   F100  


Bizi "telegram"da izləyin