“Bərabərlik” Ermənistana Qafqazın təhlükəsizlik sistemini məhv etməyə necə kömək etdi?

2024/02/sdsed-1708413695.jpg
Oxunub: 431     16:32     22 Fevral 2024    
“Gücdən istifadə danışıqları pozur. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasında oturmaqdır. İstənilən atəşkəs pozuntusu araşdırılmalı və atəşkəsi kimin pozduğu lazımi şəkildə qeyd edilməlidir”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ermənistanın Nerkin Hand istiqamətində təxribat törətməsi məsələsinə toxunarkən deyib.

Əlbəttə, “Ermənistan təxribatı” Millerin qiymətləndirməsi deyil, qiymətləndirmə 30 ildən artıqdır ki, Ermənistanın hərbi diplomatiyasının və işğal siyasətinin genişlənməsini müşayiət edən “bərabərlik”dir. 30 ildən artıq müddət ərzində bu bərabərlik işarəsi ilə əslində Ermənistanın bu siyasəti Moskvadan, Vaşinqtondan, Parisdən, Brüsseldən, Cənubi Qafqazda vacib maraqlar güdən və bu maraqlar kontekstində Ermənistan və onun digər havadarları – İran və Hindistanla hər hansı bir şəkildə ciddi ziddiyyətə girmək istəməyən, bu ziddiyyətdən geosiyasi rəqiblərinin yararlanmasına icazə verməyən bütün paytaxtlar tərəfindən dəstəklənib.

Ermənistan da bundan istifadə edir və 30 ildən artıq müddətində işğalçı siyasətini əvvəlcə atəşkəsin pozulması, sonra Aprel döyüşləri, daha sonra 44 günlük müharibə, bundan sonra sərhəd təxribatları, habelə Azərbaycana qarşı davam etdirilən ambisiyalar şəklində davam etdirir.

Bu bərabərlik siyasətinin davam etdirilməsi Cənubi Qafqazda tarazlı sülhün bərqərar olmasına nəinki hər hansı bir töhfə verməyəcək, istər-istəməz Ermənistanın hərbi yönümlülük dəyirmanını qidalandırmaqda davam edəcək. Bunun vasitəsilə İrəvan Bakı qarşısında maksimum vaxt qazanmağa, sonra isə bu “nailiyyəti” geosiyasi mərkəzlərlə münasibətlərinin oyun kartına çevirməyə çalışır.

Beynəlxalq aktorlar “bərabərlik nişanı” siyasətindən imtina etsələr, Qafqazda sabit və davamlı sülh rejiminin yaradılmasında effektiv rol oynaya bilərlər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qafqaz  


Bizi "telegram"da izləyin