Təbəqəli Hava Hücumundan Müdafiəyə Aparan Yol – HİSAR

2024/02/1708412403.jpg
Oxunub: 305     15:58     22 Fevral 2024    
Türkiyə Silahlı Qüvvələrinin müxtəlif ehtiyaclarını maksimum yerlilik və milliyyətlə qarşılamaq üçün müxtəlif layihələr həyata keçirilir. Suriyadakı vətəndaş müharibəsi və ondan sonrakı dövrdə Türkiyənin ən əhəmiyyətli satınalma gündəmlərindən biri yenə Hava Hücumundan Müdafiə (HHM) raket sistemləri oldu. Bu ehtiyacın qarşılanması üçün xaricdən müxtəlif satınalma layihələri ilə addımlar atılsa da, arzuolunan nəticələr əldə olunmur. Bu nöqtədə illər ərzində Türkiyə müdafiə sənayesi tərəfindən müxtəlif həllər və imkanlar əldə edilərək, Türkiyə Silahlı Qüvvələrinə qazandırılıb.

Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları çərçivəsində Müdafiə Sənayesi Komitəsinin (MSK) təşəbbüsü ilə həyata keçirilən layihədə “Siper Ürün-1” və “Hisar” layihələri üçün Seriya İstehsal Müqavilələrinin İmzalanma Mərasimi 2023-cü ilin dekabr ayında keçirilib. Həm müqavilədə, həm də sözügedən mərasimdəki təqdimatlarda diqqətçəkən məqamlar var idi. 18 milyard lirəni aşan həcmi ilə diqqət çəkən müqavilənin tədarük cədvəli də diqqət çəkib.

Ümumiyyətlə, sənayenin səyi və ortaya qoyduğu iradə ilə baxdığımızda, bu gün “Hisar A+”dan “Siper Ürün-2”yə qədər müxtəlif raketlərdən, IIR döyüş başlığından RF döyüş başlığına qədər müxtəlif idarəetmələri danışa, tənqid edə və müzakirə edə bilərik. Dəniz platformalarının HHM-ni yerli və milli həllərə həvalə etmək üçün “Hisar-D RF”/“Sapan” və MİDLAS kimi layihələrə baxırıq.

“Siper Blok-1” Kütləvi İstehsaldadır, Hərbi Hava Qüvvələrinin “Hisar” Sifarişi

Açıq mənbələrdə qeyd edildiyi kimi, HHM sistemlərinin kütləvi istehsalı çərçivəsində ASELSAN ilə MSK arasında 428 milyon 538 min 878 avro və 4 milyard 884 milyon 244 min 675 lirə (yəni ümumilikdə təxminən 18,5 milyard lirə) dəyərində müqavilə və müqavilə dəyişikliyi imzalanıb. Raketlərin ROKETSAN tərəfindən istehsal ediləcəyi layihədə tədarüklər 2025-2029-cu illər arasında həyata keçiriləcək. Müqavilə çərçivəsində Uzun Mənzilli Regional Hava və Raket Hücumundan Müdafiə Sistemi “Siper Ürün-1”in ilk sistemi üçün qəbul fəaliyyətləri 2023-cü ilin noyabrında başlayıb və 2024-cü ilin may ayına qədər tamamlanacaq.

“Siper Ürün-1”in kütləvi istehsalı çərçivəsində tədarüklərə 2026-cı ilin yanvar ayında başlanacaq və opsion tədarükləri 2027-ci ildə həyata keçiriləcək. “Hisar” ailəsinin ilk kütləvi istehsal sistemi 2025-ci ilin sonuna doğru təhvil veriləcək. “Hisar” tədarükləri, müqavilə dəyişiklikləri və əlavə sistemlər 2025-2028-ci illər arasında tamamlanacaq. İmzalanan müqavilə ilə “Aşağı və Orta Hündürlükdə Hava Hücumundan Müdafiə Raket Sistemi” ailəsi olan “Hisar” Kütləvi İstehsal Layihəsinin əhatə dairəsi genişləndirilib.

Beləliklə, layihəyə Quru Qoşunları Komandanlığı ilə yanaşı, Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığı da istifadəçi səlahiyyəti kimi daxil edilib. Türkiyə MSK tərəfindən paylaşılan görüntülərdə HHQ Komandanlığının “Hisar A+” və “Hisar O+” sistemlərini bir batareyada birlikdə alacağı görüntülənirdi. Bu baxımdan Türkiyə HHQ-nin “Hisar A+” və “Hisar O+” raket sistemlərinin öz daxilində təbəqəli bir quruluş yaratmaq üçün dizayn edildiyini qiymətləndirmək olar.

Türkiyə HHQ-nin 2026-cı ildə “Hisar A+” HHM sistemlərini, 2027-ci ildə isə “Hisar O+” HHM sistemlərini alması planlaşdırılır. Bundan əlavə, “Hisar A+” raket sistemlərinin Atəşi İdarəetmə Cihazı (AİC) modernləşdirmədən keçmiş 35 mm-lik sistemlərlə birlikdə istifadə oluna biləcəyi düşünülə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   Hisar  


Bizi "telegram"da izləyin