KİV: Yaxın 3-4 ay ərzində yeni müharibə baş verə bilər

2024/02/ordum-1708333030.jpg
Oxunub: 14771     21:00     19 Fevral 2024    
“Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb ki, DSX-nin bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib”.

Ordu.az xəbər verir ki, bu barədə “Sevastopol.su” nəşri yazıb.

Nəşr DSX-nin məlumatına istinad edərək bildirib ki, əməliyyat nəticəsində Azərbaycan əsgərinə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

“Artıq Ermənistanda çoxları vəziyyəti başa düşür. Amma heç nə edə bilmirlər, ölkə Soros strukturlarının əlindədir. Erməni ekspertlərin bir sıra proqnozlarına görə, hər şey göründüyündən də pisdir, yaxın 3-4 ay ərzində yeni müharibə baş verə bilər”, - deyə nəşr qeyd edib.

Nəşr vurğulayıb ki, bu müddət Azərbaycanın həm informasiya müharibəsinə, həm də hərbi əməliyyatlara hazırlaşması üçün kifayətdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   DSX  


Bizi "telegram"da izləyin