Türkiyə Silahlı Qüvvələrində AW119T helikopterlərinin qəbulu davam edir

2024/02/AW119-1708066290.jpg
Oxunub: 448     17:32     16 Fevral 2024    
Türkiyənin “Leonardo”dan sifariş etdiyi AW119T Əsas Təlim Helikopterinin ölkənin Quru Qoşunlarına təhvil verilməsi davam edir.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinə yaxın olan mənbələrin açıqlamasında Əsas Təlim Helikopterinin təftiş və qəbul fəaliyyətlərinin tamamlandığı bildirilib.

Bu çatdırılma ilə Türkiyə Milli Müdafiə Nazirliyi 4-cü AW119 helikopterini istifadəyə verib.

2023-cü ilin noyabr ayında Türkiyə Milli Müdafiə Nazirliyi daha 2 ədəd AW119T Əsas Təlim Helikopterinin istifadəyə verildiyini açıqlayıb.

Türkiyə ilə İtaliyanın “Leonardo” şirkəti arasında 2022-ci ilin iyun ayında imzalanan müqavilə çərçivəsində ümumilikdə 15 ədəd AW119T helikopteri tədarük edilir. AW119T-lər Türkiyə Quru Qoşunlarının inventarındakı AB206-ları əvəz etmək üçün alınır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Leonardo  


Bizi "telegram"da izləyin