Keçmiş erməni döyüşçü: “Ordunu sirkə çeviriblər, əsgərə deyirlər ki, atəş açma, ya əsir kimi təslim ol, ya da atəş aç və mühakimə olun”

2024/02/1707983973.jpg
Oxunub: 7584     11:56     16 Fevral 2024    
“Bu adamlar əslində insanlara psixoloji təzyiq göstərirlər, Nerkin-Handdakı insident hərbi əməliyyatın bir hissəsidir”.

Ordu.az xəbər verir ki, bunu keçmiş erməni döyüşçü Aşot Sevyan deyib.

Keçmiş erməni döyüşçü Ermənistan tərəfinin rəsmi reaksiyasını erməni cəmiyyətinə psixoloji təzyiq kimi qiymətləndirib.

“Hamımıza aydındır ki, əgər Müdafiə Nazirliyinin rəhbəri Papikyan Suro, Ermənistanın rəhbəri isə Nikol Paşinyandırsa, vəziyyət belə olmalıdır. Şübhə etmirəm ki, bəzi oğlanlarımızın işini çətinə salacaqlar. Hətta deyəcəklər ki, günahkar ölənlərdir. Öldükdən sonra mühakimə olunacaqlar”, - deyə Sevyan qeyd edib.

Sevyan bildirib ki, Ermənistan hakimiyyətinin nümayəndələri bir gün də vəzifədə qalmaq üçün hər şeyə hazırdırlar.

“Ordunu sirkə çeviriblər. Əsgərə deyirlər ki, atəş açma, ya əsir kimi təslim ol, ya da atəş aç və mühakimə olun”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin