Azərbaycanın yeni “Alov Canavarı”| Serbiyadan alınacaq NORA B-52 ÖAQ-larının xüsusiyyətlərini izah edirik…

2024/02/17006-1707982848.jpg
Oxunub: 6767     16:38     19 Fevral 2024    
Özüyeriyən Artilleriya Qurğuları (ÖAQ) yüksək atəş gücünə və mobil hərəkət qabiliyyətinə malik olurlar. Onlardan düşmənin artilleriya silahlarını, raket və silah sistemlərini, radarlarını, logistika sahələrini və nəqliyyat vasitələrini, zirehli döyüş vasitələrini, rabitə və komanda mərkəzlərini, ən əsası isə canlı qüvvəsini məhv etmək üçün istifadə olunur.

NORA B-52 əsasən Serbiya ordusu üçün “Yugoimport-SDPR” tərəfindən istehsal olunan 155 mm-lik, 52 çaplı ÖAQ-dır. NORA B-52-nin ilk prototipi 2003-cü ildə tamamlanıb. Sistemin inkişafı isə 2004-cü ildə tamamlanıb və ilk 12 haubitsa 2007-ci ildə Serbiya ordusunda xidmətə daxil olub.

Dizaynı və xüsusiyyətləri

NORA B-52 haubitsasının çəkisi 28.000 kq-dır. İlk ÖAQ FAP 2832 yük maşını şassisinə quraşdırılıb, ən son versiyalar “KamAZ” 8×8 yük maşını şassisinə quraşdırılıb. FAP 2832 yük maşını hər tərəfində qapısı olan irəli əyilən kabinə ilə təchiz edilib. Kabinədə heyətin bir hissəsi yerləşir, kabinənin arxasında yerləşən tamamilə qapalı bölmə qalan ekipajı daşıyır.

Haubitsa yüksək atəş gücünə və mobil hərəkət qabiliyyətinə malikdir. Həm birbaşa, həm də dolayı atəş dəstəyi təklif edir və atəş mövqeyini dəyişmədən yüksək və aşağı bucaqlı atəş təmin edir.

NORA B-52 Özüyeriyən Artilleriya Qurğusu

Haubitsa əsas silah kimi 155 mm-lik, 52 çaplıq silahla quraşdırılan bir çarpaz qülləni birləşdirir. Qapalı podun arxa tərəfində yerləşən sursat anbarı 36 mərmi qədər yükləyə bilər. Avtomatik yükləmə sistemi 12 atışa hazır mərmi saxlayır və qalan 24-ü yenidən yükləmə üçün yuvaya yerləşdirilir. O, NATO standartlarına uyğun 155 mm-lik döyüş sursatı ata bilir.

Silah adi bir mərmini ən çox 20 km mənzilə və “Bore-Base Bleed” (ERFB-BB) mərmisini 41 km məsafəyə qədər ata bilər. Haubitsa təkmil komanda məlumat sistemi ilə təchiz olunub.

Mərmi 20 m/s sürətlə -3° ilə +51° arasında bir bucaqla atılır, travers bucağı (travers açısı) isə 100 m/s-də 60°-dir. Qüllə istəyə bağlı olaraq 12,7 mm-lik pulemyot və ya 12,7 mm-lik uzaqdan idarə olunan silah stansiyası (RCWS) ilə yaxın döyüş əməliyyatlarında ikinci dərəcəli silah kimi xidmət edir.

Mühərrik və hərəkətlilik

FAP 2832 yük maşını 360 at gücünə malik “Mercedes-Benz” OM 501 LA dizel mühərriki ilə təchiz edilib. Vasitə 0,6 m-lik şaquli maneəni və 1,8 m-lik xəndəyi aşa bilər. Vasitə yolda maksimum 90 km/saat sürətə və təxminən 1000 km mənzilə çata bilir.

Əsas missiya

1) Artilleriya sistemlərinin, YARS-ların və minaatanların zərərsizləşdirilməsi,

2) Raket və radar sistemlərinin zərərsizləşdirilməsi,

3) Təchizat bazalarının və xətlərinin zərərsizləşdirilməsi,

4) Düşmənin qorunan və ya nəzarətsiz canlı qüvvəsinin məhv edilməsi,

5) Düşmənin zirehli döyüş vasitələrinin cəmləşməsinin zərərsizləşdirilməsi,

6) Müqavimət nöqtələrinin dağıdılması,

7) Rabitə mərkəzlərinin və komanda mərkəzlərinin məhv edilməsi.


Döyüş yükü aşağıdakılardan ibarətdir

1) Təkmil 155 mm HE ERFB-BB, “MC Zone” 10-la birlikdə istifadə olunur

2) Təkmil 155 mm HE ERFB-BT mərmisi, “MC – Zone 9”, “Zone 8” və “Zone 10”

3) “MC Zone 8” və M4А2 standartlarına sahib bütün standart 155 mm-lik М107 mərmilər

4) Mərmi uçuşunun terminal mərhələsində lazer şüası ilə idarə olunan mərmi (istəyə görə)


NORA-B52 K1 yük maşınına quraşdırılmış artilleriya sistemi NORA-B52 KE-nin təkmilləşdirilmiş versiyasıdır:

1) Daha təkmil döyüş sahəsi naviqasiyası, tam avtomatik atəş məlumatlarının hesablanmasını təmin edən aparat,

2) Yenidən dizayn edilmiş və gücləndirilmiş kabinə ballistik mühafizə tələblərinə cavab verir,

3) Həm yolda, həm də yoldan kənarda daha yaxşı hərəkətliliyi təmin edən daha təkmil yük maşını şassisi,

4) 155 mm-lik əsas lülə uzunluğu. O, 155 mm-lik NATO Müqaviləsi tələblərinə tam uyğundur.


Fəaliyyət sahələri

1) Əsas fəaliyyət sahəsi – vasitənin kabinəsi ilə üzbəüz atəş sektoru,

2) Fövqəladə hallar sahəsi – vasitənin kabinəsinin üzərində atəş sektoru.

Avtomatik yükləyici isə atəş sürətini artırır və komanda işini minimuma endirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Serbiya   Nora  


Bizi "telegram"da izləyin