“Pratt & Whitney” modernləşdirilmiş F-35 mühərrik tədarükləri üçün 2029-cu ili hədəfləyir

2024/02/1707461481.jpg
Oxunub: 202     17:50     22 Fevral 2024    
“Pratt & Whitney” tərəfindən təklif olunan F-35 mühərrikinin modernləşdirilməsinin 2029-cu ilə qədər istifadəyə verilməsinin planlaşdırıldığını bildirən şirkət rəsmiləri verdikləri açıqlamada 2024-cü maliyyə ili büdcəsinin təsdiq edilməməsinə baxmayaraq, proqramın “yolunda” getdiyini deyiblər.

Ordu.az-ın xəbərinə görə, “Pratt”ın F135 proqramının vitse-prezidenti Cennifer Latka brifinqdə jurnalistlərə bildirib ki, şirkət may ayında mühərrik yeniləməsi üçün ilkin dizayn baxışını (PDR) planlaşdırır və dizayn mərhələsini təxminən 2025-ci ilin ortalarında kritik dizayn baxışı ilə bitirməyi hədəfləyir.

Latkanın sözlərinə görə, Mühərrik Nüvəsinin Təkmilləşdirilməsi (ECU) kimi tanınan proqramın ilk mühərrik sınaqlarını 2026-cı ilə qədər keçirməsi və 2029-cu ildə sahəyə çıxması planlaşdırılır.

“Dizayn yolunda gedir və biz proqramımızın bütün mərhələlərində istədiyimizə nail oluruq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pratt&Whitney   F-35  


Bizi "telegram"da izləyin