"Qəzzada zolağında HƏMAS dağılmaq ərəfəsindədir" - İsrail müdafiə naziri

2023/11/1700800760.jpg
Oxunub: 2203     23:14     11 Dekabr 2023    
Qəzza zolağında Fələstinin "HƏMAS" hərəkatının strukturu dağılmaq ərəfəsindədir, onun silahlı tərəfdarları getdikcə tez-tez əsirliyə təslim olurlar.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail müdafiə naziri Yoav Qalant deyib.

"Biz döyüşlərdə irəliləyirik, nailiyyətlərimizi dərinləşdiririk. Biz HƏMAS-ın Cəbəliyyə və Əş-Şücaiyyədəki son qalalarını mühasirəyə almışıq, məğlubedilməz hesab edilən, illərlə bizimlə döyüşməyə hazırlaşan batalyonlar dağılmaq ərəfəsindədir", - deyə nazir mətbuat konfransı zamanı bildirib.

Y.Qalantın sözlərinə görə, son vaxtlar Qəzzada getdikcə daha çox "HƏMAS" tərəfdarları İsrail ordusuna təslim olurlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin