Çexiyanın Baş Qərargah rəisi Rusiya ilə müharibə ehtimalını istisna etməyib

2023/12/81b77-1702321674.jpg
Oxunub: 219     00:16     12 Dekabr 2023    
Çex Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka Qərb ölkələri ilə Rusiya arasında müharibə ehtimalını istisna etməyib.

Bu barədə Ordu.az “CTK” xəbər agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiya ilə gərginliyin artması fonunda münaqişə yarana bilər, baxmayaraq ki, heç kim onun artmasını istəmir:

“Hədə-qorxu ilə münaqişənin qarşısını almaq olar. Rusiya həqiqətən də görməlidir ki, bizim özümüzü müdafiə etmək qabiliyyətimiz və iradəmiz var. Söhbət hansısa bəyannamədən getmir. O, həqiqətən münaqişəyə girməyin mənasız olduğunu görməlidir”.

O, Ukraynanı dəstəkləməyə çağırıb və bu ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Avropa İttifaqının birliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Rusiya  


Bizi "telegram"da izləyin