Ankarada Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

2023/11/16836-1699334425.jpg
Oxunub: 8478     18:01     11 Dekabr 2023    
Türkiyənin paytaxtı Ankara şəhərində Heydər Əliyevin adını daşıyan məktəbdə Ulu Öndərin vəfatının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, toplantıda çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və Yeniməhəllə rayon təhsil müdiri Veli Karakuş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın çətin günlərində hakimiyyətə gələrək ölkəni inkişaf etdirdiyini, təhsilə, gənclərə verdiyi önəmi vurğulayıblar.

Tədbir məktəb şagirdlərinin ifa etdikləri xalq mahnıları və Heydər Əliyevə həsr olunmuş müsabiqədə qalib gələn əsərlərin ifası ilə davam edib.

Tədbirin sonunda şeir, bəstəkarlıq və rəssamlıq üzrə uğur qazanan şagirdlər mükafatlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin