Zelenski ABŞ-nin Ukraynaya dəstəyinin azalmasından danışıb: "Yaranan fasiləni aradan qaldıracağıq"

2023/05/64674-1684491339.jpg
Oxunub: 7458     17:46     11 Dekabr 2023    
Ukrayna Prezidenti Volodimir Zelenskinin Konqresdəki fikir ayrılıqları nəticəsində Vaşinqtonun Kiyevə dəstəyində yaranan fasiləni aradan qaldıracaqlarına inanır.

Ordu.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, bu barədə Latın Amerikası KİV-inə müsahibəsində deyib.

Zelenski ABŞ-nin Ukraynaya dəstəyinin azalmasından məyus olmadığını bildirib: “Biz çətinliklər qarşısında təslim olan insanlar deyilik. Bəziləri təşvişə düşməyə başlayır və qələbəyə inanmır. Amma biz davam etməliyik”.

Prezident xatırladıb ki, o, bu günlərdə ABŞ-yə gedəcək və həmkarı Cozef Baydenlə görüşəcək: “Çalışacağıq ki, ABŞ-nin Ukraynaya yardımındakı bu fasiləni aradan qaldıraq. Biz nəinki bunun, hər şeyin öhdəsindən gələcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin