Çexiya XİN başçısı rusiyalı diplomatların Aİ ölkələrində hərəkətinin məhdudlaşdırılmasını təklif edib

2023/12/1704c-1702302292.jpg
Oxunub: 3822     17:29     11 Dekabr 2023    
Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) ölkələrində hərəkətinin məhdudlaşdırılmasını təklif edib.

Ordu.az “Kommersant”a istinadən xəbər verir ki, o bu barədə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə danışıb.

Nazirin sözlərinə görə, bu, 12-ci sanksiyalar paketinin müzakirələrindən kənarda nəzərdən keçirilir: “Biz sadəcə olaraq bu barədə danışırıq və Avropa ölkələrinin bunu etməsini istəyirik. Hesab edirəm ki, bu, təhlükəsizlik baxımından vacibdir”.

Y.Lipavski vurğulayıb ki, Şengen zonası daxilində səyahət məhdudiyyətləri diplomatlara və onların ailə üzvlərinə təsir etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya    


Bizi "telegram"da izləyin