Bayraktar TB2 daha bir rekorda imza atıb

2023/10/1696238615.jpg
Oxunub: 5519     17:11     11 Dekabr 2023    
Türkiyənin Baykar şirkəti tərəfindən istehsal edilən Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı 750 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyə aviasiya tarixində yeni rekorda imza atıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Bayraktar TB2 PUA milyon saat həddinə yaxınlaşaraq səmada ən uzun müddət qalan ilk milli uçuş aparatı olub.

Qeyd edək ki, Türkiyənin Baykar tərəfindən hazırlanan, texniki xüsusiyyətləri və iştirak etdiyi əməliyyatlar nəzərə alınmaqla öz sinfində dünyanın ən yaxşısı sayılan PUA Bayraktar TB2 2014-cü ildə Türk Silahlı Qüvvələrinin (TSK) inventarına daxil edilib. 2015-ci ildə silahlandırılan PUA Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və MİT tərəfindən əməliyyatda istifadə olunur. Bayraktar TB2 2014-cü ildən bəri ölkə daxilində və sərhəd boyu terrorla mübarizədə təhlükəsizlik qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   Türkiyə  


Bizi "telegram"da izləyin