Britaniya Ukraynadakı müharibə başa çatandan sonra da Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

2023/12/8778-1701702355.jpg
Oxunub: 6176     17:00     11 Dekabr 2023    
Böyük Britaniya Ukraynadakı müharibə başa çatandan sonra da Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın biznes və ticarət nazirinin müavini Nüsrət Qani deyib.

O bildirib ki, əsas məqsəd Moskvanın öz hərbi potensialını tez bir zamanda bərpa etməsinin qarşısını almaqdır.

“Sanksiyalar müharibədən sonra da tətbiq olunacaq. Bu məhdudiyyətlər savaş başa çatan gün aradan qaldırılmayacaq”, - nazir müavini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin