BMT TŞ-nin nümayəndə heyəti Qəzzada vəziyyətlə bağlı Yaxın Şərqə səfər edib

2023/11/1699506881.jpg
Oxunub: 7414     16:06     11 Dekabr 2023    
BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv dövlətlərin nümayəndə heyəti Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinin beynəlxalq hava limanına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariya” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, nümayəndə heyəti Qəzza əhalisinə verilən humanitar yardımların saxlandığı anbarlara, eləcə də “Rəfah” keçid məntəqəsində anklav ərazisinə daxil olmaq üçün gözləyən yük maşınlarına baxış keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qəzza  


Bizi "telegram"da izləyin