“Spike NLOS” raketləri “AH-64 Apache”lərdən atılıb

2023/12/1702281083.jpg
Oxunub: 2635     16:50     11 Dekabr 2023    
“Lockheed Martin” şirkəti ABŞ-nin Arizona ştatında yerləşən “Yuma Proving Ground”da beş günlük nümayiş zamanı “Spike NLOS” raketlərinin uğurlu olduğunu bildirib.

Ordu.az xəbər verir ki, şirkət öz rəsmi səhifəsində “Spike NLOS” raketlərinin “AH-64 Apache”lərdən atıldığını qeyd edib.

Vurğulanıb ki, sözügedən tədbirdə uzaqmənzilli dəqiq döyüş sursatlarına olan tələblər ölçülüb və hava qiymətləndirilməsi aparılıb.

Beləliklə, bu raketlərin ABŞ ordusunun mövcud “Apache V6” platformalarında istifadəsinin önü açılıb.

Atışlar zamanı bir “Apache”dən 8 “Spike NLOS” atılıb və onların müxtəlif hədəflərə istiqamətlənməsinə nəzarət edilib. Bu nümayiş ordunun “Apache” helikopterləri üçün bu raketləri sahədə istifadə etməyə başlaması baxımından atılan son addımlardan biri olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Spike-NLOS   AH-64   Apache  


Bizi "telegram"da izləyin