“Northrop Grumman” yeni raket mühərrikini işə salıb

2023/12/1702281023.jpg
Oxunub: 8521     15:57     11 Dekabr 2023    
“Northrop Grumman” şirkəti bir ildən az müddətdə inkişaf etdirdiyi yeni sistem sayəsində bərk yanacaqla işləyən raket mühərrikini işə salıb.

Ordu.az xəbər verir ki, şirkət “SMART Demo” adlı sistemlə çatdırılma müddətlərini 75 faiz qısaldacaq.

“Northrop Grumman” çatdırılma müddətlərini azaltmaq üçün müxtəlif innovativ texnologiyaları, alternativ istehsal materiallarını və proseslərini uğurla həyata keçirib.

Bu sayədə “Northop Grumman” çatdırılma müddətlərini əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.

“Solid Motor Annual Rocket Technology Demonstrator” (SMART Demo) adlı sınaq köməkçisi sayəsində şirkət əlavə istehsal texnikaları ilə qurulmuş bərk yanacaqla işləyən raket mühərrikləri əldə edir.

Sistem sayəsində nəinki hər bir mühərrik komponenti ayrıca sınaqdan keçirilə bilər, həm də aşağı temperaturda təsirli ola bilən yeni, sərfəli, bərk yanacaqla işləyən raket mühərriki yanacağı da sınaqdan keçirilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop-Grumman   Raket  


Bizi "telegram"da izləyin