“Paşinyan əslində erməni millətinin düşmənidir və bütün bunları razılaşdırılmış şəkildə edib” - Şarmazanov

2023/12/1701928808.jpg
Oxunub: 6860     16:01     11 Dekabr 2023    
“Ay bəla, 2018-ci ildə “Qarabağ”ın (qondarma qurum-red.) ləğv edilməsi faktının qaçılmazlığını başa düşmüsənsə, niyə 2019-cu ildə Xankəndidə qışqırırdın ki, Qarabağ Ermənistandır, vəssalam?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.

“Niyə 2018-ci ildə “Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması”nın qaçılmaz olduğunu elan edirdin? 2019-cu ildə həmsədrlərin “5+2” variantı ilə problemin həllindən niyə imtina etdin? 2020-ci ildə Şuşada Arayik Harutyunyanın “andiçmə mərasimi”ndə niyə qürurla iştirak edirdin? Niyə 5 min işıq kimi oğlanı öldürdün? 2020-ci il oktyabrın 19-da Putinin müharibəni bitirmək təklifini niyə rədd etdin? Niyə 2020-ci il noyabrın 25-də elan etdin ki, bizim yolumuz Fransa Senatının “tanınma” aktından nümunə götürərək, “Qarabağın müstəqilliyinin tanınması”nın beynəlmiləlləşdirilməsidir? 2021-ci il seçkilərində niyə “qurtuluş üçün ayrılma” tezisini elan etdin? Bütün bunların bir məntiqi izahı var: Paşinyan əslində erməni millətinin düşmənidir və bütün bunları razılaşdırılmış şəkildə edib. Başqa bir izahat varsa, mənə deyin”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Respublikaçılar  


Bizi "telegram"da izləyin