“Müharibə zamanı Qərb Azərbaycanı dəstəkləməklə, əslində Rusiya və İran üçün böyük imkanlar açdı” - Erməni politoloq

2023/05/1683359896.jpg
Oxunub: 2696     15:34     11 Dekabr 2023    
“Azərbaycanın Qarabağ üçün ödəməli olduğu qiymət var, bu, Rusiya və İran üçün həyati əhəmiyyət kəsb edən Rusiya-İran dəmir yoludur, lakin ABŞ bunun əleyhinədir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, 2018-ci ildən sonra baş verən hər şey, o cümlədən müharibə əsasən kommunikasiyalar problemi ilə bağlı idi.

“Ümumiyyətlə, istənilən nöqteyi-nəzər, etibarlı məlumat deyilsə, fərziyyədir. Bunu bir fərziyyə kimi qəbul edin. 2018-ci ildən sonra baş verən hər şey, o cümlədən müharibə əsasən kommunikasiyalar problemi ilə bağlı idi. Rusiya Türkiyə ilə münasibətləri gücləndirməli (qaz kəməri, sanksiyalardan yayınma və s.), həmçinin Azərbaycan vasitəsilə İrana və Fars körfəzinə çıxmalı idi. Bunun qiyməti Qarabağ idi. Əvvəlki hakimiyyət bu qədər qorxaq və səriştəsiz olmasaydı, indiki hakimiyyət isə antimilli olmasaydı, bu, bizim üçün daha az ağrılı həll yolu ola bilərdi. İndiki vəziyyətə gələk. Azərbaycanın Qarabağ üçün ödəməli olduğu qiymət var, bu, Rusiya və İran üçün həyati əhəmiyyət kəsb edən Rusiya-İran dəmir yoludur, lakin ABŞ bunun əleyhinədir. ABŞ üçün mühümdür ki, əsas yükdaşımaların onun nəzarətində olduğu dəniz yolu ilə həyata keçirilsin. Quru kommunikasiyaları onun iqtisadi, maliyyə və geosiyasi hegemonluğunu zəiflədir. Üstəlik, Süveyş kanalının yük daşımaları Yəmən husilərinin, Fars körfəzi isə İranın hədəfinə çevrilib. Bu mənada İran-Rusiya quru əlaqəsi geosiyasi tənzimləməni dəyişdirərək, əhəmiyyətli dərəcədə onları əvəz edə bilər. Beləliklə, Qarabağ müharibəsi zamanı Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Azərbaycanı dəstəkləməklə, əslində Rusiya və İran üçün böyük imkanlar açdı”, - deyə Danielyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Azərbaycan  


Bizi "telegram"da izləyin