Erməni polkovnik: “Xalqımızın Qarabağın itirilməsini bu qədər üngül və həmrəyliklə qəbul edəcəyini heç vaxt təsəvvür etməzdim”

2021/08/608e9-1628850514.jpg
Oxunub: 8053     17:00     11 Dekabr 2023    
“Heç vaxt təsəvvür etməzdim ki, xalqımız nəinki Qarabağın itirilməsini bu qədər yüngül və həmrəyliklə qəbul edəcək, həm də ölkənin qalan hissəsini parça-parça özgəninkiləşdirərək, bu gün də məğlubiyyətlərimizin yazıq və şərəfsiz salnaməsini yaratmağa davam edənə dözəcək”.

Ordu.az xəbər verir ki, bunu ləğv edilmiş qanunsuz “hərbi birləşmənin keçmiş nümayəndəsi”, erməni polkovnik Senor Hasratyan “Facebook” səhifəsində yazıb.

“2018-ci ildə inqilab adlandırılan xaosdan sonra, yeriyən məxmərilər hakimiyyətə gələndə mən artıq ölkəmizin başına nə gələcəyini hiss edirdim... Amma heç vaxt təsəvvür etməzdim ki, xalqımız nəinki Qarabağın itirilməsini bu qədər yüngül və həmrəyliklə qəbul edəcək, həm də ölkənin qalan hissəsini parça-parça özgəninkiləşdirərək, bu gün də məğlubiyyətlərimizin yazıq və şərəfsiz salnaməsini yaratmağa davam edənə dözəcək... İndi bütün bunlardan sonra günahkar kimdir, sülh adlı rəzaləti hər gün millətə sırıyan, yoxsa bu rəzalətə amansızcasına uyğunlaşan biz (yəni xalq)?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin