ABŞ Dəniz Piyadaları Korpusu əlavə amfibiya döyüş vasitələri sifariş edib

2023/12/1702277915.jpg
Oxunub: 2578     15:28     11 Dekabr 2023    
ABŞ Dəniz Piyadaları Korpusu əlavə amfibiya döyüş vasitələri sifariş edib.

Ordu.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusu BAE Systems şirkəti ilə əlavə 40 ədəd ACV-P amfibiya zirehli vasitəsi almaq üçün müqavilə imzalayıb.

“BAE Systems”in dekabrın 7-də verdiyi açıqlamada ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən amfibiya döyüş vasitəsinin tam güclü kütləvi istehsalı ilə bağlı dördüncü sifariş müqaviləsində əlavə olaraq 40 ədəd ACV-P amfibiya zirehli vasitəsi alınması üçün dəyişiklik edildiyi bildirilib.

Edilən dəyişikliklə “BAE Systems” ABŞ Dəniz Piyadaları Korpusu üçün 211 milyon dollar dəyərində daha 40 ədəd ACV-P vasitəsi istehsal edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dəniz-Piyadaları  


Bizi "telegram"da izləyin