Türkiyə artıq aviasiya mühərriki ixracatçısıdır: TEI-PD170-in ilk imzaları atıldı

2023/12/08_Ni-1702276183.jpg
Oxunub: 8649     15:43     11 Dekabr 2023    
Türkiyənin müdafiə sənayesi milli hava vasitələri üçün hazırlanan aviasiya mühərrikləri ilə ilk ixracat uğuruna imza atıb.

Ordu.az xəbər verir ki, “TUSAŞ Motor Sanayi AŞ” (TEI) baş direktoru Mahmut Akşit şirkətin kütləvi istehsalına başladığı milli hərbi turbodizel mühərrikləri və davam edən inkişaf layihələri haqqında açıqlamalar verib.

PD170 mühərriklərinin ilk kütləvi istehsal tədarükünü 2020-ci ilin əvvəlində etdiklərini xatırladan Akşit o vaxtdan bəri istehsalı davam etdirdiklərini deyib.

Akşit “Anka” ilə ilk uçuşunu 2018-ci ilin dekabr ayında etdiklərini və 1 ildir “Aksungur” ilə uçuşlar həyata keçirdiklərini bildirib.

“Aksungur” ilə PD170 inventarına daxil olmağın son mərhələsindəyik. Sınaqların sonunda bu il bitmədən “Aksungur”un mühərriki kütləvi istehsala hazır olacaq. Bundan sonrakı ilk “Aksungur”la da inventar daxil olacaq. Son uçuşlarının birində Əskişəhər səmasına gələrək, mühərrik dizaynında əməyi olan dostlarının üzərindən alçaqdan uçub. PD170 seriyasının yetkinliyi ilə bağlı heç bir problem yoxdur”, - deyə TEI baş direktoru vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aksungur  


Bizi "telegram"da izləyin