Ermənistan vasitəsilə Yunanıstana fransızsayağı xatırlatma – BAXIŞ BUCAĞI

2023/12/1702275907.jpg
Oxunub: 2465     15:21     11 Dekabr 2023    
Ərdoğan Yunanıstandan qayıdarkən Fransaya xəbərdarlıq edərək, hərbi texnikanın Ermənistana verilməsini təxribat adlandırdı. Onun sözlərinə görə, bu, Ermənistana xeyri olmayan, əksinə zərər verən bir haldır və Ermənistan üçün faydalı olan Azərbaycanla sülh müqaviləsi imzalamaqdır.

Türkiyə Prezidentinin bu mövzuda harada və nə vaxt danışması da önəmlidir. O, bu barədə rəsmi səfərə getdiyi, Yunanıstanın Baş naziri və prezidenti ilə görüşdüyü Yunanıstandan qayıdarkən danışır. Aralıq dənizi regionunda Yunanıstan və Türkiyə arasında kəskin münaqişə dövründə Fransa Yunanıstana hərtərəfli dəstək, o cümlədən hərbi dəstək mövqeyindən çıxış edirdi.

Təbii ki, burada səbəb Parisin Afina vasitəsilə həm mümkün boru kəmərləri və dəniz yolları baxımından, həm də ümumilikdə Avropa təhlükəsizliyinin hərbi-siyasi sistemi mənasında Aralıq dənizi regionunda təsir imkanlarını nəzərdən keçirməsidir. Bütün digər güc mərkəzləri kimi Fransa da Qafqazdakı aktivliyini bu “zəncir” məntiqində nəzərdən keçirir.

Yeri gəlmişkən, bu mənada hələ 2019-cu ildə elan edilmiş Yunanıstan-Ermənistan-Kipr üçtərəfli əməkdaşlıq formatı da diqqətlə nəzərdən keçirilməlidir. Həmin format çərçivəsində xüsusilə xüsusi təyinatlılar üçün hərbi təlimlər də keçirilir. Görünən odur ki, Türkiyə Prezidenti Fransanın Ermənistana münasibətlərini qeyd edərkən, yunan həmkarlarına da xatırlatma edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yunanıstan  


Bizi "telegram"da izləyin