Kiyevə ballistik raket atılıb, 4 nəfər yaralanıb - YENİLƏNİB

2022/03/1646549368.jpg
Oxunub: 2031     10:53     11 Dekabr 2023    
Bu gün Kiyevə ballistik raketlər atılıb.

Ordu.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

O bildirib ki, hücumdan dərhal sonra hava hücumundan müdafiə sistemləri işə düşüb.

Raketlərin Rusiyanın Bryansk vilayətindən atıldığı ehtimal edilir.

***

Bu gün, dekabrın 11-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə silsilə partlayışlar baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.

Onun sözlərinə görə, partlayışlardan sonra şəhərdə hava hücumu xəbərdarlığı işə salınıb.

Şəhərin Darnistski rayonundakı dağıntılar nəticəsində 1-i uşaq olmaqla 4 nəfər yaralanıb.

Ölənlərin olduğu istisna edilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Partlayış   Ballistik-raket  


Bizi "telegram"da izləyin