ABŞ İsraildən hərbi əməliyyatları yeni ilə qədər başa çatdırmağı tələb edib

2023/12/1702273151.jpg
Oxunub: 3053     09:30     11 Dekabr 2023    
ABŞ İsraildən Qəzzadakı hərbi əməliyyatları yeni ilə qədər başa çatdırmağı tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri yazıb.

Qeyd olunub ki, ABŞ bu barədə İsrailə məlumat verib.

Nəşr, həmçinin yazıb ki, İsrail Müdafiə Qüvvələrinin həyata keçirdiyi əməliyyatların intensivliyi azalacaq: “HƏMAS isə Qəzzanın bir hissəsinə nəzarəti davam etdirəcək”.

Bildirilib ki, ABŞ dövlət katibi Antoni Blinken İsrailə son səfəri zamanı Vaşinqtonun mövqeyini qarşı tərəfə çatdırıb.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin