KİV: Amerikanın F-16 qırıcısı Sarı dəniz üzərində qəzaya uğrayıb

2023/12/1702272642.jpg
Oxunub: 258     07:01     11 Dekabr 2023    
Amerikaya məxsus F-16 qırıcısı Sarı dəniz üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, pilot katapulta vasitəsilə xilas olub.

Hərbçi daha sonra huşunu itirmiş vəziyyətdə tapılıb. “Çosun İlbo” qəzetinin məlumatına görə, pilot sahil mühafizəsi tərəfindən xilas edilib.

Təyyarə Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Çolla-Pukto əyalətindəki Qunsan Hərbi Hava Qüvvələri bazası yaxınlığında təlimlərdə iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amerika   F-16  


Bizi "telegram"da izləyin