Çili prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb

2023/12/b81b4-1702183023.jpg
Oxunub: 3802     07:36     10 Dekabr 2023    
Çili prezidenti Qabriel Boric ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Qabriel Boric “X” sosial şəbəkəsində məlumat yayıb.

“BMT-nin struktur islahatlarına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çili   BMT  


Bizi "telegram"da izləyin