Zelenski Argentina prezidentinin andiçmə mərasimində iştirak edəcək

2023/12/Ekran-1702178174.jpg
Oxunub: 4696     05:36     10 Dekabr 2023    
Ukrayna Prezidenti Vladimir Zelenski Argentinanın yeni prezidenti Xavyer Milinin andiçmə mərasimində iştirak etmək üçün Buenos-Ayresə yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat yayıb.

Zelenski Cənubi Amerika ölkəsinə gedərkən Kabo-Verdeyə səfər etdiyini bildirib.

Orada o, yerli kabinetin rəhbəri ilə görüşüb.

Xəbərdə bildirilir ki, bu Praya və Kiyev nümayəndələri arasında ilk görüşdür.

Zelenski vurğulayıb ki, Kabo-Verde BMT-də Ukrayna üçün vacib olan qətnamələri dəstəkləyir.

O, həmçinin taxıl və ərzaq proqramını dəstəklədiklərinə görə Xose Ulisses Korreyaya və Silvaya təşəkkür edib.

Qeyd edək ki, Xavyer Miley and içmək üçün bu gün Bakı vaxtı ilə saat 18:00-da Konqresə gələcək. Siyasətçi dövlət başçısı kimi ilk çıxışını parlament binasının qarşısında etməyi planlaşdırır.

Noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” alyansına daxil olan Libertar Partiyasına rəhbərlik edən Xavyer Miley iqtisadiyyat naziri Serxio Massanı məğlub edərək seçkiləri qazanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Argentina  


Bizi "telegram"da izləyin