ABŞ İsrailə 14 min tank mərmisi satacaq

2023/12/1701753507.jpg
Oxunub: 1896     23:38     10 Dekabr 2023    
ABŞ İsrailə 106,5 milyon dollar məbləğində tank mərmilərinin mümkün satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, İsrail rəsmiləri ABŞ-dan 14 min tank mərmisi istəyib. Mərmilər ABŞ ordusunun ehtiyatlarından götürüləcək.

ABŞ-ın Dövlət katibi Antoni Blinken ABŞ Konqresinə bu sursatların İsrailə satılması zərurəti ilə bağlı ətraflı əsaslandırma təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin