İsrailin müdafiə naziri: "Qəzzada HƏMAS-ın yüzlərlə komandiri öldürülüb"

2023/11/1700800760.jpg
Oxunub: 3813     01:42     10 Dekabr 2023    
İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS hərəkatı ilə əlaqəli minlərlə yaraqlı və yüzlərlə silahlı birləşmə komandiri məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, HƏMAS-a qarşı çox böyük uğurlar var və bunun çox açıq təzahürləri görsənir.

Bildirib ki, Qəzza zolağında HƏMAS-ın bir çox obyektləri - tunellər, hərbi infrastruktur, silah-sursat anbarları məhv edilib. Bundan əlavə, kəşfiyyat məlumatları olan yüzlərlə kompüter ələ keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin