Qəzzada ölən jurnalistlərin sayı 84-ə çatıb

2023/12/6574c-1702177519.jpg
Oxunub: 7259     00:34     10 Dekabr 2023    
İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücüumu zamanı qadın jurnalist Ula Atallah ölüb. O, "Anadolu" agentliyinin keçmiş müxbiri olub. Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvlərinin də həyatını itirdiyi bildirilib.

Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu bildirilib.

Cebburun yerli "Media Eye Network"də işlədiyi bildirilib.

Qeyd edək ki, 7 oktyabrdan bəri ölən media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə yüksəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Jurnalist  


Bizi "telegram"da izləyin