İsrailin Baş Qərargah rəisi: “HƏMAS-ın dağılması əlamətləri müşahidə edilir”

2023/12/b90a6-1702177411.jpg
Oxunub: 7418     00:16     10 Dekabr 2023    
“Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının strukturunun dağılması əlamətləri müşahidə edilir”.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bəyan edib.

Onun sözlərinə görə, getdikcə daha çox radikal təslim olur:

“Hər gün nailiyyətlər görürəm. Hər gün daha çox yaraqlının öldürüldüyünü, daha çox yaraqlının yaralandığını, son günlər isə terrorçuların təslim olmasını görürük. Sistemin çökməsi təzyiqi artırmağımızın lazım olduğuna işarədir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin