Hakan Fidan Qəzzada daimi sülhün təmin edilməsi üçün Kanadaya səfər edib

2023/11/1699000919.jpg
Oxunub: 7087     00:04     10 Dekabr 2023    
Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzzada daimi sülhün təmin edilməsi üçün Kanadaya səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN paylaşım edib.

Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunun Qəzzada müharibəyə son qoyulması və daimi sülhün təmin edilməsi üçün apardığı işlər çərçivəsində Ottavaya səfər edib.

Məlumat üçün qeyd edək ki, Təmas Qrupunun Kanadanın baş naziri Castin Trudo və xarici işlər naziri Melani Coli ilə iki ayrı görüş keçirməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Qəzza  


Bizi "telegram"da izləyin