BƏƏ Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb

2023/12/1702177124.jpg
Oxunub: 1814     23:05     09 Dekabr 2023    
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğu istiqamətində atılan son addımları və müsbət irəliləyişləri alqışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd olunub ki, iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilib, bu təşəbbüsün Ermənistan və Azərbaycan xalqları, eləcə də Qafqaz regionunda daha da inkişafa nail olunması üçün sabitliyin gücləndirilməsinə və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid ifadə edilib.

Nazirlik vurğulayıb ki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhün gücləndirilməsi, eləcə də iki ölkə arasında konstruktiv əməkdaşlığın yeni dövrünü açacaq davamlı nizamlanmanın möhkəmləndirilməsi üçün Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılmış bütün tədbirləri dəstəkləyir.

XİN bir daha bəyan edib ki, BƏƏ fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulması, əməkdaşlıq və dialoqun vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin