Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar

2023/07/TCG-I-1689838415.jpg
Oxunub: 358     21:19     09 Dekabr 2023    
Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalında bildirib.

“Yəmən Silahlı Qüvvələri hansı ölkəyə mənsub olduqlarından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidini əngəlləyəcəklərini bildiriblər. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, belə gəmilər hərbi qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək”-deyə, o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   İsrail  


Bizi "telegram"da izləyin