Ukrayna ABŞ-dən sürpriz silahlar istəyib

2023/12/1702113126.jpg
Oxunub: 4355     14:11     09 Dekabr 2023    
Ukraynanın Rusiya ordusu ilə döyüşmək üçün lazım olduğunu söylədiyi ABŞ silahlarının siyahısına mürəkkəb Hava Hücumundan Müdafiə (HHM) sistemləri, F-18 “Hornet” döyüş təyyarələri, Pilotsuz Uçuş Aparatları (PUA), “Apache” və “Blackhawk” helikopterləri daxildir.

Ordu.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri Vaşinqtonda keçirilən konfransın qapalı iclasında hökumət rəsmiləri və müdafiə sənayesi rəhbərlərinin müşahidəsi zamanı “Ukrayna müdafiə qüvvələrinin ehtiyaclarını ödəmək üçün silahların siyahısını” təqdim ediblər.

Geniş siyahıya Ukraynanın hazırda ehtiyatda saxladığı “Abrams” tankları və 155 millimetrlik artilleriya raketləri kimi silahlar, eyni zamanda keçmişdə tələb etdiyi F-16-lar, PUA-lar və uzaq mənzilli ATACMS raketləri kimi bəzi silahlar da daxildir.

Siyahıda “Boeing” tərəfindən istehsal edilən C-17 “Globemaster” nəqliyyat təyyarəsi və “Lockheed Martin” tərəfindən istehsal olunan C-130 “Super Hercules” kimi sürpriz tələblər də yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin